Rusiyada binanın divarı uçdu: 11 nəfər dağıntılar altında - VİDEO
Rusiyada binanın divarı uçdu: 11 nəfər dağıntılar altında - VİDEO
28 Avqust 2019 12:55 DünyaNovosibirskin Udarnaya küçəsində aparılan təmir işləri zamanı binanın divarı dağılıb. 11 nəfər fəhlənin dağıntılar altında qaldığı ehtimal edilir.
Bu barədə TASS agentliyi Rusiya FHN-nin mətbuat xidmətinə istinadən yazır.
Məlumata əsasən, hadisə yerində 12 nəfər işçi olub. Onlardan biri dağıntılar altından çıxarılaraq xilas edilib.
Hazırda 70 nəfər və 20 texnika hadisə yerindədir. Əlavə xilasedici qrupların cəlb olunacağı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31