Sərnişin bərəsi yandı, 60-dan çox insan itkin düşdü
Sərnişin bərəsi yandı, 60-dan çox insan itkin düşdü
28 Avqust 2019 12:45 DünyaFilippin sahilləri yaxınlığında göyərtəsində 170-dən çox sərnişinin olduğu bərədə yanğın baş verib. SİA "Sun Star" qəzetinə istinadla xəbər verir ki, insident nəticəsində azı 3 sərnişin həlak olub, 66 nəfər isə itkin düşüb. İtkin düşənlərin axtarışı davam edir.
Yanğın avqustun 27-də axşam saatlarında Sebu şəhərindən Dapitana üzən bərədə baş verib. Şahidlərin sözlərinə görə, alov tez bir zamanda bərənin yarısını bürüyüb və sərnişinlər suya atılmaq məcburiyyətində qalıb.
İnsident zamanı bərədə 136 sərnişin və 40 ekipaj üzvü olub. Hazırda xilasedicilər 110 nəfəri sudan çıxarıb. İlkin məlumata əsasən, yanğın bərənin maşın bölməsində başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31