23 yaşlı gənc qadın Yoqanın qurbanı oldu - Binanın 6-cı mərtəbəsindən yerə çırpıldı
23 yaşlı gənc qadın Yoqanın qurbanı oldu - Binanın 6-cı mərtəbəsindən yerə çırpıldı
28 Avqust 2019 12:34 DünyaGənc qadın yoqa etməyə çalışarkən az qala faciəvi şəkildə həlak olacaqdı.
Olaylar.az Big.Az-a istinadən xəbər verir ki, hadisə Meksikada baş verib. 23 yaşlı gənc qadın evdə yoqa etəməyə başlayıb. Belə ki, tələbə olan Aleksa eyvana çıxaraq dəmir tutacaqlardan başı aşağı sallanıb. Daha sonra o dizi ilə müvazinətini saxlamağa çalışıb.
Lakin özünü saxlaya bilməyərək 6-cı mərtəbədən aşağı çırpılıb. Ağır yaralanan gənc qadın dərhal xəstəxanaya çatdırılıb. 11 saat keçirilən əməliyyatdan sonra onu xilas etmək mümkün olub. Həkimlər onun 3 il gəzə bilməyəcəyi ehtimalının olduğunu da bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31