Pakistan hava məkanını Hindistan üçün bağlayır
Pakistan hava məkanını Hindistan üçün bağlayır
28 Avqust 2019 11:37 DünyaPakistanın baş naziri İmran Xan Hindistan üçün hava məkanının tam olaraq bağlanması məsələsini nəzərdən keçirir.
Bunu ölkənin elm və texnologiyalar üzrə federal naziri Favad Çoudxuri "Twitter" mikrobloqunda yazıb.
Bundan əlavə, Nazirlər Kabinetinin iclasında Hindistanın Əfqanıstanla ticarəti üçün Pakistanın quru marşrutlarından istifadəsinə tam qadağa qoymaq təklif olunub.
"Bu qərarların hüquqi rəsmiliyi baxılma mərhələsindədir...(Hindistanın baş naziri Narendra - red.) Modi başladı, biz bitirəcəyik!", - deyə Çoudxuri bildirib.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31