Mustafa Cəmilov vəzifəyə gətirilir
Mustafa Cəmilov vəzifəyə gətirilir
28 Avqust 2019 11:35 DünyaUkraynanın eks-prezidenti Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası Krım tatarlarının lideri Mustafa Cəmilovun namizədliyini Ukrayna Radasının vitse-spikeri vəzifəsinə irəli sürəcək.
Olaylar.az xəbər verir ki, bu barədə qərar partiyanın deputatları tərəfindən qəbul edilib. Deputatlar arasında keçirilən səsvermə zamanı yalnız bir millət vəkili bitərəf qalaraq Cəmilovun vitse-spiker vəzifəsinə namizədliyini dəstəkləməyib.
Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkisi 21 iyulda keçirilib. Nəticədə parlamentə 5 partiya daxil olub. Radada mütləq çoxluğu Prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyası əldə edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31