"Bu olsa, Zelenski yenə prezident seçiləcək" - Kolomoyski
"Bu olsa, Zelenski yenə prezident seçiləcək" - Kolomoyski
28 Avqust 2019 11:31 DünyaUkraynalı oliqarx İqor Kolomoyski hamisi olduğu Vladimir Zelenskinin hansı halda ikinci dəfə prezident seçiləcəyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, Kolomoyski fikrini "Censor.net" saytına müsahibəsində deyib.
O, Zelenskinin effektivlik göstəricisinin Ukraynaya xaricdən nə qədər şəxsin qayıdacağı ilə bağlı olacağını bildirib:
"Biz hazırda 35 milyon nəfər əhaliyə sahibik. Bu, müstəqil analizin nəticəsidir. İnsanların geri dönməsi onun effektivlik göstəricisidir. Əgər əhali 38 milyon nəfər olsa, o zaman Zelenskini ikinci dəfə prezident seçmək olar. Əgər əhali sayı 35 milyon qalsa, o zaman "aufviderzeyn" (almanca "sağ ol" deməkdir) demək lazımdır".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31