İŞİD bu ölkədə müharibə meydanı yaradır - Rusiyadan XƏBƏRDARLIQ

Əfqanıstanda İŞİD terror qruplaşmasının döyüşçülərinin sayı ən azı dörd min təşkil edir.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında Rusiya nümayəndəsinin köməkçisi Gennadi Kuzmin bildirib.

"İŞİD regionun başqa dövlətlərinə sonrakı nüfuzetmə üçün Əfqanıstanın müharibə meydanına çevrilməsi üzrə aktiv addımlara təşəbbüs edir. Terror strukturunun skeleti ən azı dörd min döyüşçü təşkil edir. Onlar əsasən Kunar və Nanqarhar əyalətlərində cəmlənib", - Kuzmin deyib.

Onun sözlərinə görə, bundan başqa, İŞİD döyüşçüləri respublikanın şimal və şərq rayonlarında hərəkət edir. Rusiya diplomatı bildirib ki, ən təhlükəli vəziyyət Tacikistan və Türkmənistanla sərhəd rayonlarında yaranıb, burada İŞİD üzvlərinin sayı 1,3 min təşkil edir.

Kizminin sözlərinə görə, İŞİD liderləri şimal və şərqdə ənənəvi Talibanın nəzarətində olan rayonların hesabına təsir zonasını genişləndirməyə çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31