Amerika ŞOK-da — Hər yer insan meyidləri ilə dolub – VİDEO
4 Avqust 2019 13:05 DünyaABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) atışma baş verib.
"Ölkə.Az"ın ABŞ mətbuatına istinadən məlumata görə, atışma nəticəsində 7 nəfər həlak olub.
Bildirilir ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. İlkin məlumata əsasən, atəş açan şəxlərdən biri öldürülüb, polis əməkdaşları ikinci atəş açan şəxsin axtarışlarını aparırlar.
Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31