Moskvada işlər qarışdı 600 etirazçı saxlanıldı
4 Avqust 2019 12:07 DünyaBu gün Moskvanın mərkəzində razılaşdırılmamış növbəti aksiya keçirilib.
News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aksiyada 1500 nəfər iştirak edib.
Onlardan təxminən 600 nəfəri saxlanılıb.
Yerli hüquq-mühafizə orqanları Tversk küçəsinə toplaşan aksiya iştirakçılarını asayişi pozmamağa və dağılışmağa çağırıb.
Qeyd edək ki, iyulun 27-də Moskvada müxalifətçi namizədlərin bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq icazəsiz aksiya keçirilməsinə başlanılıb. Həmin vaxt kütləvi mitinqdə təxminən 3500 nəfər iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31