İraqda kürdlərə aid məzarlıq tapıldı
4 Avqust 2019 08:52 Dünyaİraqın cənubunda ölkənin keçmiş prezidenti Səddam Hüseynin zamanında öldürülən kürdlərin kütləvi məzarlığı aşkarlanıb.
BakuPost xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Təhlükəsizlik Qüvvələri məlumat yayıb.
Məlumata görə, Müsənna vilayətində tapılan məzarlıqda Səddamın hakimiyyəti zamanı öldürülən 170 nəfərə aid qalıqlar tapılıb.
Bu qalıqların İraqın Süleymaniyə və Diyala vilayətləri arasında yaşayan kürdlərə aid olduğu vurğulanıb.
Qeyd edək ki, ötən həftə də Müsənnəda küveytlilərə aid olduğu təxmin edilən kütləvi məzarlıq tapılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31