Türkiyənin Nevşehir vilayətinin Kappadokiya rayonunda azərbaycanlı turistlərin olduğu avtobus aşıb.
Publika.az xəbər verir ki, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.
Qəzaya uğrayan avtobusda 18 azərbaycanlı turist olub.