Rusiyada güclü yanğın baş verib, ölənlər var

Rusiyanın Nijni Novqorod şəhərində yaşayış binasında mənzillərdən birində yanğın olub.

Yanğın nəticəsində 5 nəfər həlak olub. Onlardan 2-si təcili yardım avtomobilində dünyasını dəyişib.

Bildirilir ki, hadisə yerinə gələn yanğınsöndürənlər briqadası yanğını söndürüblər. Hadisə ilə bağlı araşdırma aparılır.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31