Namizəd qəzaya düşdü - Foto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ərzurum Pasinlər üzrə bələdiyyə sədrliyinə namizəd Əhməd Döleklinin avtomobili qəzaya düşüb.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Dərhal xəstəxanaya çatdırılan yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Əhməd Dölekli isə yüngül xəsarətlə qəzadan qurtulmağı bacarıb.

Verilən məlumata görə, qəza yolun sürüşkən olması nəticəsində baş verib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31