Ukraynada seçkinin ilk nəticəsi: Poroşenko uduzur
31 Mart 2019 16:45 DünyaUkraynada keçirilən prezident seçkiləri ilə bağlı ilk "ekzit-poll" nəticələri məlum olub.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İqor Qujva sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, hələlik seçkilərə şoumen Vladimir Zelenski 27-29 faiz səslə liderlik edir. İkinci yerdə 16-17 faiz səslə hazırkı prezident Pyotr Poroşenko qərarlaşıb. Üçüncü və dördüncü yeri Yuri Boyko və Yuliya Timoşenko 14-14.5 faiz səslə tutub. İlk beşliyi 6-6.5 faiz səslə Anatoli Qritsenko tamamlayıb.
"Eyni vaxtda bir neçə sorğu aparılır. Ancaq onlar da demək olar ki, üst-üstə düşür. Fərq 2-3 faizdir", - jurnalist yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31