İranda kişi arvadının ailəsini güllələdi - 9 nəfər öldü
31 Mart 2019 16:33 DünyaHadisə nəticəsində 9 nəfər həlak olub
İranın cənubunda yerləşən Xuzistan vilayətinin Dezful rayonunda kişi həyat yoldaşının ailəsini "Kalaşnikov" markalı silahdan güllələyib.
Bunu İranın Dezful rayonunun polis rəisi polkovnik Hüseyn Eydi deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində 9 nəfər həlak olub, 1 nəfər isə yaralanıb: "Onlardan 7-si hadisə yerində, 2-si isə daha sonra xəstəxanada həlak olub. Ailəni güllələyən şəxs özünü də öldürməyə cəhd edib, hazırda o ağır yaralıdır".(trend.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31