Rəcəb Tayyib Ərdoğan İstanbulda səs verdi
31 Mart 2019 16:01 DünyaTürkiyədə keçirilən bələdiyyə seçkiləri yüksək seçici fəallığı şəraitində davam edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan martın 31-də günorta saatlarına İstanbulun Üsküdar rayonunda Saffet Çebi orta məktəbindəki seçki məntəqəsində səs veriblər.
Dövlət başçısı səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib: "Səsvermənin gedişini müəyyən vaxta qədər İstanbulda izləyəcəyəm. İstanbulda mətbuat konfransından sonra Ankaraya gedəcəyəm".
Türkiyə Prezidenti Malatya vilayətindəki seçki məntəqəsində namizədlərin tərəfdarları arasında baş verən silahlı münaqişə ilə bağlı bildirib: "Pütürgedəki hadisələrlə bizi narahat etdi. Belə bir hadisə baş verməməli idi".(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31