Türkiyədə seçki məntəqəsində silahlı qarşıdurma – ÖLƏNLƏR VAR
31 Mart 2019 15:38 DünyaBu gün Türkiyədə keçirilən bələdiyyə seçkiləri zamanı silahlı insident baş verib.
Publika.az "Sözcü"yə istinadən xəbər verir ki, Malatya şəhərinin Pötürge məhəlləsindəki məktəbdə yaradılmış seçki məntəqəsində iki qrup arasında dava başlayıb. Yerli vaxtla saat 10:30-da baş verən dava-dalaş zamanı silahlardan iistifadə edilib və 2 nəfər aldığı güllə yarasndan ölüb.
Əraziyə polis dəstələri cəlb edilib.
Ölən şəxslərin meyitləri morqa aparılıb.
İlkin olaraq hadisədə işitrak edən 2 nəfər tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31