Zelenski ilə Timoşenko səs verdi
31 Mart 2019 15:14 DünyaUkraynada prezidentliyə namizədlər Vladimir Zelenski və sabiq baş nazir Yuliya Timoşenko səsvermə hüququndan istifadə edib.
Zelenski səsvermədən sonra jurnalistlərə açıqlamasında namizədlərin sayının çoxluğunu ölkədə demokratiyanın inkişafı ilə əlaqələndirib: "Bu cür müstəqil ölkəmizin olması möhtəşəmdir. Nə qədər çox namizədimiz olsa, o qədər azad cəmiyyətimiz və şəffaf seçkimiz olacaq".
Məşhur şoumen prezident seçiləcəyi təqdirdə ilk səfərini ölkənin əyalətlərinə edəcəyini söyləyib.
Yuliya Timoşenko isə səs verəndən sonra artıq ölkədə yeni mərhələnin başladığını deyib.
Qeyd edək ki, prezident postu uğrunda əsas mübarizə hazırki prezident Petro Poroşenko, Vladimir Zelenski və Yuliya Timoşenko arasında gedir.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31