Rusiyada və Yunanıstanda zəlzələ baş verib
31 Mart 2019 05:28 DünyaRusiyanın Kamçatka diyarında Rixter cədvəli ilə 4,7 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Sakit okeanın sahilində, Petropavlov-Kamçatka şəhərindən152 kilometr məsafədə qeydə alınıb. Hadisə nəticəsində hər hansı bir dağıntının olmadığı deyilir.
Bundan başqa Yunanıstanda da Rixter cədvəli ilə 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Qalaksidi şəhərinin cənub-qərb hissəsində olub. Yeraltı təkanlar Afina şəhərində də hiss olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31