Türkiyədə “sükut günü” başlayıb
30 Mart 2019 21:39 DünyaSabah Türkiyədə keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar martın 30-da yerli vaxtla saat 18.00-dan etibarən təbliğat və təşviqat işləri dayandırılıb.
Ali Seçki Komissiyasının qərarına əsasən "sükut günü" martın 31-i saat 21.00-dək davam edəcək. Səsvermə ölkənin şərq və cənub-şərq bölgələri daxil olmaqla, 31 vilayətdə yerli vaxtla saat 7-dən 16-dək, digər bölgələrdə isə saat 8-dən 17-dək davam edəcək.
Anadolu agentliyi səsvermə prosesi ilə bağlı məlumatları 13 dildə 2500 xarici və yerli kütləvi informasiya vasitəsi ilə paylaşacaq.
azertac
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31