Piterdəki bu qəzanı Artur Asaturov törədib
30 Mart 2019 21:14 DünyaRusiyanın Sankt-Peterburq şəhərində martın 30-da səhər saatlarında baş vermiş və böyük əks-sədaya səbəb olmuş qəzanı Ermənistanın Kirovakan şəhərindən olan Artur Asaturov törədib.
Sankt-Peterburqun mərkəzi Nevskaya prospektində "Hyundai Genesis" markalı avtomobil əks yola çıxaraq "Volkswagen" avtomaşını ilə toqquşub və piyada yoluna çıxaraq bir nəfəri vurub. Hadisə nəticəsində "Volkswagen" avtomobilinin sürücüsü, Qırğızıstan vətəndaşı ölüb, 3 nəfər yaralanıb.
Hadisəni törədən Artur Asaturov Sankt-Peterburqa Ermənistanın Kirovakan şəhərindən köçüb. Onun 2014-cü ildə narkotik maddələrin saxlanmasına görə 4 il şərti cəza aldığı, dəfələrlə sürücülük hüququndan məhrum edildiyi bildirilir.
Ekspertiza Artur Asaturovun qanında spirtli içki və narkotik maddə aşkar edib.
axar