Beren Saat marketdə qayınanası ilə dalaşıb

Boşanma xəbərləri yayılan aktrisa Beren Saat və müğənni Kənan Doğulu haqqında şok iddia ortaya çıxıb. 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktrisanın sosial mediadakı paylaşımlarına əsəbləşən qayınanası ilə dalaşdığı deyilib. 

Hadisənin Kənanla Beren mağazada gəzərkən qəfildən qayınanasının gəldiyi an yaşandığı iddia olunub. Marketdə müştərilərin arasında bir-birilərinə səslərini yüksəldən gəlinlə qayınana ətrafdakıların onları izlədiyini gördükdən sonra sakitləşiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31