Ermənistanın müdafiə nazirindən gözlənilməz HÜCUM ANONSU

Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icması ilə görüşdə yeni müharibə anonsunu verib.

Tonoyan "sülh əvəzinə ərazilər" prinsipinin dəyişdirildiyini qeyd edib.

"Mən müdafiə naziri kimi deyirəm: "sülh əvəzinə ərazilər" prinsipinin əksinə olaraq biz "yeni ərazilər üçün yeni müharibə" edəcəyik. Heç vaxt güzəşt olmayacaq. Ermənistan hücum bölmələrinin sayını artıracaq. Biz səngər vəziyyətindən daim müdafiə vəziyyətindən çıxacağıq. Biz hərbi hərəkətləri rəqibin ərazisinə daşıya biləcək bölmələrin sayını artıracağıq", - deyə o bildirib.

Azərbaycan və Ermənistan rəhbərlərinin Vyanada sülh danışıqları ərəfəsində Toniyanın müharibə anonsu verməsi diqqət çəkir.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31