Moskva danışıqlarımızı dinləyirdi, amma türklər... - Poroşenko

Moskva 2014-cü ilə qədər Ukrayna liderlərinin digər ölkələrin rəhbərləri ilə telefon danışıqlarına qulaq asa bilirdi.

Bunu İCTV-yə müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko deyib. O, sovet sistemi ilə hazırlanan konfidensial əlaqə şəbəkəsinin Moskva tərəfindən ələ keçirilmək imkanlarının çox olduğunu bildirib.

Poroşenko həmçinin jurnalistləri ABŞ, NATO və digər ölkələrin liderləri ilə telefon danışıqları apardığı yeni otaqla tanış edib:

"Buradakı rabitənin hamısı məxfi əlaqə sistemləridir. Bunu türkiyəli həmkarlarımız quraşdırıb".

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31