Ancelina Coli: “Bu məsələdə susmaq ayıbdır...”
30 Mart 2019 15:22 DünyaMüharibə və münaqişə qurbanlarının yarısından çoxu qadın və qız uşaqlarıdır. Mülki insanların təhlükəsizliyi hökumətlərin bir nömrəli işidir.
Bu bəyanatla dünyaca məşhur aktrisa və BMT-nin sülh səfiri Ancelina Coli çıxış edib.
Aktrisa BMT-nin sülhə xidmət edən missiyalarının birgə toplantısında hökumətləri mülki insanları qorumağa çağırıb.
18 il əvvəl BMT-nin sülh missiyasında çalışmağa başladığını xatırladan Coli o dövrdə dünyada evini tərk edən və qaçqın düşənlərin sayının 20 milyondan az olduğunu, hazırda isə bu rəqəmin 65 milyonu keçdiyini dilə gətirib.
Onun sözlərinə görə, hər ötən gün qaçqın sayında artım müşahidə edilir.
Ancelina Coli qaçqın qadınların təcavüz və cinsi zorakılığa məruz qaldığına işarəylə bəyan edib ki, zorakılığa səssiz qalmaq ayıbdır.
teleqraf