2 min illik "fast food" restoranı tapıldı
30 Mart 2019 12:40 DünyaQədim Pompey şəhəri Vezuvi vulkanının püskürməsi nəticəsində dağılıb.
Arxeoloqlar antik Romalılar tərəfindən "thermopolium" adlandırılan və ayaq üstə yemək yeyilən bir məkanı üzə çıxarıb. Qazıntılardan əldə olunmuş freskalardan məkanın 2 min əvvələ aid olduğu məlum olub.
Bu məkan şəhərdə yaşayan insanlar tərəfindən ayaq üstə bir şey yemək üçün istifadə olunub.
Bu "restoranların" menyularında isə duzlu balıq, bişmiş pendir, mərci, çörək və şərab olurmuş. Arxeoloq Massimo Osanna tapıntının 2 min il əvvələ aid olduğunu təsdiq edib.
Qədim şəhərin 150 fərqli yerində bu növ məkanlar tapılıb. Bu məkanlar əsasən limana yaxın və insanların sıx olduğu yerlərdə mövcud olub.
Qeyd edək ki, qədim Pompey şəhəri Vezuvi vulkanının püskürməsi nəticəsində dağılıb.
1748-ci ildə arxeoloji araşdırmalara başlanılan Pompey şəhəri YUNESKO-nun dünya mirası siyahısındadır.
AzNews.az


