Dünyanın ən uzun duz mağarası kəşf edildi - FOTO
29 Mart 2019 18:47 Dünyaİsraildə dünyanın ən uzun duz mağarası kəşf edilib.
İsrailli mağara tədqiqatçısı Ölü dəniz yaxınlığında dünyanın ən uzun mağarasını tapıb. Malham adlı mağara İsrailin 10 kilometr uzunluğu olan ən böyük dağı sayılan Sodom dağından keçərək Ölü dənizin cənubi-qərbinə açılır.
Mağaranın bəzi divarları duz kristalları və duz salxımları ilə doludur. Bəzi salxımların ucunda isə duzlu su damlaları var.
Alimlər lazer üsulu ilə mağaranın xəritəsini çıxarıblar və məlum olub ki, duz mağarasının uzunluğu 10 km-dən çoxdur.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31