“ABŞ Rusiyaya qarşı sanksiyaları heç vaxt ləğv etməyəcək” - Medvedev
29 Mart 2019 18:15 Dünya"Onlar uzun illərdir ki, öz siyasətini bunun üzərində qururlar".
ABŞ Rusiyaya qarşı sanksiyaları heç vaxt ləğv etməyəcək.
Bunu Rusiyannın baş naziri Dmitri Medvedev sosial şəbəkə istifadəçiləri ilə canlı yayımda görüşü zamanı deyib.
Baş nazir fikrini belə əsaslandırıb: "ABŞ Rusiyaya qarşı sanksiyaları heç vaxt ləğv etməyəcək. Belə ki, onlar uzun illərdir ki, öz siyasətini bunun üzərində qururlar".
O, bu siyasətin ölkə istər Sovet İttifaqı, istər Rusiya Federasiyası adlanmasından asılı olmayaq illərlə davam etdiyini qeyd edib.(trend.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31