Ukrayna Putinə işğal üçün bəhanə verə bilər - Malomuj
29 Mart 2019 17:49 DünyaPutini Ukraynaya müdaxiləyə Kiyevin özü təhrik edə bilər.
Bunu "Apostrof" saytına müsahibəsində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj deyib. Onun sözlərinə görə, prezidentliyə namizədlər və onların tərəfdarları arasında daxili ziddiyyətlər güclənərsə, Moskva bundan istifadə etməyə çalışacaq:
"Əgər genişmiqyaslı toqquşmalar olsa, o zaman Putin Ukraynadakı situasiyanın stabilləşdirilməsi bəhanəsiylə ölkəyə müdaxilə edəcək. Ona görə bizim siyasi elita belə fəaliyyətlərin qızışdırılmamasına çalışmalıdır. Əks təqdirdə bununla Kremlin əlinə oynamış olacaqlar".
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31