Lukaşenko Avropa İttifaqı ilə əməkdaşlığa gedir

Minsk Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığını inkişaf etdirməyə hazırdır.

Bunu Minskdə Avstriya kansleri Sebastian Kurtsla görüşü zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O, bu əməkdaşlığın yalnız milli maraqlar çərçivəsində genişləndirilməsi gərəkdiyini bildirib: "Avropanın mərkəzini (Belarus nəzərdə tutulur - red.) Aİ ilə sıx əməkdaşlıqdan uzaq tutmaq olmaz. Biz bu əməkdaşlığa hazırıq, amma hər zaman milli maraqlar nəzərə alınmalıdır".

Lukaşenko, həmçinin Aİ-nin zəifləməsinə və süqutuna qarşı olduğunu deyib.(virtualaz.org)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31