Eynşteynin Hitler haqda məktubu rekord qiymətə satıldı

"Bütün faciələrin səbəbkarı Hitlerin dəliliyidir".

Məşhur fizik, Nobel mükafatı laureatı Albert Eynşteynin Adolf Hitler haqda məktubu yüksək məbləğə satılıb.

Məktubda alim Üçüncü Reyxin rəhbəri Adolf Hitler, yəhudi xalqının birliyi və nisbilik nəzəriyyəsi barədə mühakimələr yürüdür.

Ümumilikdə, Nate D.Sanders auksion evi alimin 5 məktubunu satıb. 134 min dollara satılan məktub 1934-cü ildə yazılıb. Eynşteyn öz birinci xanımına yazdığı məktubda oğlunun şizofreniya xəstəliyindən müalicəsi barədə yazır.

"Bütün faciələrin səbəbkarı Hitlerin dəliliyidir. O ətrafımdakı hər kəsin həyatını məhv edib".(modern.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31