Putin və Ərdoğan görüşəcək – Lavrov açıqladı
29 Mart 2019 16:29 Dünya"Rusiya və Türkiyə prezidentləri Moskvada bir araya gələcəklər".
Bunu Türkiyədə rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Nazir qeyd edib ki, bugünkü toplantı iki ölkə liderlərinin görüşü üçün hazırlıq məqsədi daşıyır: "Türkiyə ilə ticarət əlaqələrimiz artmaqda davam edir. İki ölkə arasındakı ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Qarşıdakı dövrlərdə viza məsələsinin sadələşdirilməsi üçün işləri artıracağıq".
ABŞ-ın Colan təpələri haqqındakı qərarına münasibət bildirən XİN rəhbəri qeyd edib ki, bu qərar beynəlxalq hüquqa ziddir: "Hər tərəfli olaraq beynəlxalq hüquq normaları pozulub".
azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31