Sərkisyan 11 ayda 11 dəfə Moskvaya gedib

Ermənistan Prezidenti Armen Sərkisyan vəzifədə olduğu müddət ərzində 11 dəfə Rusiyaya səfər edib.

Bu məlumatı "Joxovurd" qəzeti yayıb. Məlumata görə, bu səfərlərin heç də hamısı rəsmi xarakter daşımayıb.

Qəzetə Ermənistan Prezident Administrasiyasından verilən açıqlamada isə Moskvanın daha çox Avropaya səfərlər üçün tranzit bölgə kimi istifadə edildiyi bildirilib. Administrasiya bu səfərlər zamanı yalnız iki dəfə Sərkisyanın Moskvada qeyri-rəsmi görüşlər keçirdiyini vurğulayıb.

Bu görüşlər Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun müavini Qriqori Karasinlə olub.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31