Bolqar alimlər yeni nəsil batareya düzəltdilər

Natrium-ion batareyası yeni tip sulfat duzlarından olan elektrodlardan ibarətdir.

Bolqarıstan Elmlər Akademiyasının və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin alimləri enerjinin saxlanması üsulunda inqilab edərək yeni nəsil batareya düzəldiblər.

Alimlər bir neçə dəfə istifadə edilə bilən, ətraf mühitə zərər verməyən, ucuz natrium əsaslı batareya icad ediblər.

Yeni batareyaları litium-ion batareyaları ilə bir yerdə elektromobillərdə də istifadə etmək mümkündür.

Natrium-ion batareyası yeni tip sulfat duzlarından olan elektrodlardan ibarətdir.(AZƏRTAC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31