Fransa sahillərində delfinlərin rekord tələfatı qeydə alınıb

2019-cu ilin ilk üç ayı ərzində Atlantik okeanından Fransa sahillərinə 1100 delfin cəsədi atılıb.

"La Rochelle" Milli Elmi Tədqiqat Mərkəzinin məlumatına əsasən, bu, son 40 ilin ən yüksək göstəricinin qeydə alındığı ötən illə müqayisədə rekord tələfat halıdır.

Ekspertlər bu dəniz heyvanlarının kütləvi tələfatını balıqçılıq sənayesi ilə əlaqələndirirlər. Eyni zamanda, heyvanların müdafiəsi hərəkatının fəalları Fransanın Ekologiya Nazirliyindən delfinlərin xilası üzrə milli təşəbbüsün tətbiqini tələb edirlər.

Mütəxəssislər aşkarlanan delfinlərin 90 faizinin balıqçı torlarına düşən zaman aldıqları zədələr nəticəsində öldüklərini bildirirlər.

azertac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31