Sosial şəbəkələr milliyətçi kampaniyaları bloklayır
29 Mart 2019 14:43 DünyaMilliyyətçi kampaniyalar, separatizmi təbliğ edən məlumatlar "Facebook" və "Instagram"da bloklanacaq.
Olaylar.az bildirir ki, bu barədə "Facebook"un icraçı direktoru Mark Zukerberq Britaniya mediasına açıqlama verib.
O bildirib ki, gələn həftədən etibarən bu cür məlumatların yayılması hər iki sosial şəbəkədə bloklanacaq. Zukerberqin sözlərinə görə, sosial şəbəkə terrorçu qrupların hesablarını da bloklamağı hədəfləyib.
Qeyd edək ki, icraçı direktorun bu qərarı verməsinə səbəb bir neçə gün öncə Yeni Zelandiyada məscidlərdə dinc müsəlmanlara qarşı amansız terror aktının törədilməsi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31