Külək onu çətirlə birgə havaya qaldırdı- VİDEO
29 Mart 2019 14:03 DünyaMağazanın qarşısında sakit halda oturub çay içdikləri vaxt qəfil başlayan külək satıcıları çaşqın vəziyyətə salıb.
FaktXəbər-in məlumatına görə, hadisə Türkiyədə baş verib. Satıcı gün üçün açdığı çətiri külək aparmasın deyə, ondan bərk-bərk yapışır, amma çətir havaya qalxır. Yerdən 3-4 metr aralandığını görən satıcı çətiri buraxaraq yerə düşür. Amma onun çətiri başqa bir satıcının üstünə düşdüyü üçün həmin satıcının bir neçə qabırğası sınıb.
Xoşbəxtlikdən daha ciddi fəsadlar baş verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31