Ermənistan 500 milyon dollar kredit götürür

Kreditin verilməsi ilə Ermənistanın xarici borcu 7 milyard dollara çatacaq.

Dünya Bankının Direktorlar Şurası Ermənistana 2019-2023-cü illər üçün 500 milyon dollar kreditin ayrılması barədə qərar qəbul edib.

Yeni kredit Paşinyan hökumətinin korrupsiya ilə mübarizə, qanunun aliliyini təmin etmək və s. planları əsasında verilib.

Kreditin verilməsi ilə Ermənistanın xarici borcu 7 milyard dollara çatacaq və Ümumi Daxili Məhsulun 60%-ni keçərək ölkə iqtisadiyyatını riskli duruma salacaq.(modern.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31