Aktrisaya stəkan atdığına görə cərimələndi - FOTO
29 Mart 2019 13:32 DünyaTürkiyənin iki məşhur siması - Can Yaman və Selen Soyderin məhkəmə çəkişməsi başa çatıb.
Hakim iki il əvvəl rol aldıqları serialın çəkiliş meydançasında qalmaqal yaşayan cütlük barədə hökm oxuyub.
Beykoz Məhkəməsində baş tutan prosesdə Can Yamanın günahkar olduğu təsdiqlənib, onun mübahisə zamanı həmkarına stəkan atdığı qeyd edilib.
Aktyor "87 gün" adlı pul cəzasına cəlb edilərək aktrisaya 7 min 830 TL ödəniş etməli olacaq.(qafqazinfo.az)


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31