6G mobil rabitə texnologiyası əlçatan olacaq

Altıncı nəsil (6G) mobil rabitə texnologiyasının tətbiqinə başlama tarixi açıqlanıb.

Olaylar.az bildirir ki, bu barədə "Huawei" şirkətinin 5G texnologiyasının inkişafı üzrə prezidenti Yan Çaobin açıqlama verib.

Hazırda dünya 5G şəbəkəsinin kommersiya istifadəsinin başlanğıc mərhələsindədir. 

5G şəbəkəsinin kommersiya tətbiqinə başlanılması altıncı nəsil mobil rabitə texnologiyası üzərində aparılan işlərin sürətlənməsinə səbəb olacaq.
 
Çaobin, 6G mobil rabitə texnologiyasının 2030-cu ildən sonra əlçatan olacağını qeyd edib. Güman ki, bu şəbəkə saniyədə bir neçə 100 qiqabit səviyyəsində buraxılış qabiliyyətini təmin edəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31