"Microsoft” aprelin 1-də zarafatlaşmağı qadağan edir
29 Mart 2019 12:49 DünyaMicrosoft"un marketinq direktoru Kris Kapossela şirkətin əməkdaşlarını aprelin 1-də zarafat etməyi qadağan edib.
Olaylar.az bildirir ki, bu barədə "The Verge" saytında məlumat yayılıb.
Dirketoru bu addımı atmağa sövq edən səbəb, 1 aprel zarafatları arzu edilməyən və ciddi reputasiya riskləri daşıya bilməsi olub.
Kopessela çıxışında bildirib ki, "Gülüş Günü"ndə texnologiya şirkətləri öz kreativliyini nümayiş etdirməyə çalışsa da, lakin bu, bəzən səhvlərə yol aça bilər: "Biz nə qədər gülməli olmağa çalışsaq da, qazandığımızdan çox itirə bilərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31