İraq 88 milyard axtarır: Spiker Vaşinqtona getdi
29 Mart 2019 12:15 Dünyaİraq parlamentinin spikeri Məhəmməd əl Halbusi Vaşinqtona səfər edib.
Bu məlumatı "Rudav" agentliyi yayıb. Məlumata görə, Halbusi Vaşinqtonda bir sıra yüksək vəzifəli şəxslərlə, o cümlədən ABŞ vitse-prezidenti Mayk Penslə də görüşüb. Səfərdə əsas məqsədin ABŞ-ın İraqa yatırımlarını artırmağa təşviq etməkdən ibarət olduğu vurğulanıb.
Qeyd edək ki, hazırda İraqın ölkədaxili konfliktdən sonra yaranan problemlərin öhdəsindən gəlməsi üçün 88 milyard dollara ehtiyacı var.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31