Rusiyada sıravi əsgər avtomatla hərbi hissədən qaçıb

Rusiya Silahlı Qüvvələrində xidmət edən sıravi əsgər Tver vilayətinin Rjev şəhərində yerləşən hərbi hissənin ərazisindən silahla qaçıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, sıravi əsgər Rjevdəki Hava Kosmik Qüvvələrinin 6-cı briqadasından "Kalaşnikov" avtomatı, dəbilqə, zirehi gödəkçə, 100-dən çox patron və süngü-bıçaqla qaçıb.

Qeyd olunur ki, hərbi hissənin şəxsi heyəti artıq həyəcan siqnalı ilə ayağa qaldırılıb, hazırda fərarinin axtarışı aparılır, polis əməkdaşları axtarışda hərbçilərə yardım göstərirlər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31