Almaniya bu ölkəyə silah satışını dayandırdı
29 Mart 2019 12:00 DünyaAlmaniya Səudiyyə Ərəbistanına silah satışının qadağan edilməsini daha 6 ay müddətinə uzadıb.
Bu barədə Almaniya hökumətinin sözçüsü Stefen Seibert bildirib.
Sözçü bildirib ki, Almaniya Səudiyyə Ərəbistanına silah ixracatının 2019-cu ilin 30 sentyabr tarixinə qədər dayandırılması haqda qərar verilib.
Qeyd edək ki, Almaniyada hökuməti təşkil edən partiyalar arasında Səudiyyəyə silah satışı mövzusunda fikir ayrılığı yaranmışdı.
Koalisiyada təmsil olunan Xristian Demokratlar İttifaqı Səudiyyə Ərəbistanına tətbiq edilən silah satışı qadağasının uzadılmasını, Sosial Demokratlar Partiyası isə qərarın yumuşaldılmasını istəyirdi.
Qeyd edək ki, jurnalist Kamal Qaşıqçının öldürülməsindən sonra Almaniya Səudiyyəyə silah satışını 2019-cu ilin 31 mart tarixinə qədər qadağan etmişdi. İndi verilən qərarlar bu qadağanın müddəti daha 6 ay uzadılmış oldu.
teleqram