Turistlərə fahişəlik xidməti göstərən Azərbaycanlı qadınlar dronla tutuldu - Şok kadrlar

Türkiyənin Sakarya bölgəsində polis əməliyyat keçirib.
Əməliyyat  zamanı  qadınları  fahişəliyə  cəlb edən dörd nəfər saxlanılıb.

Onlardan ikisi barəsində həbs qərarı çıxarılıb.

Saxlanılan şəxslərdən birinin üzərindən odlu silah aşkar edilib. Əməliyyat zamanı şübhəlilərin qaçma ehtimalının qarşısını almaq üçün dronlardan istifadə edilib.

Bundan başqa, fahişəliklə məşğul olan altı qadın saxlanılıb. Onlardan ikisi Azərbaycan, biri Özbəkistan, üçü isə Türkiyə vətəndaşıdır.

Məlumatlara görə, əcnəbi qadınlar  Türkiyədən  deportasiya  edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31