İranda təbii fəlakət nəticəsində ölənlərin sayı 44-ə çatdı

İranın bir neçə vilayətində ötən həftə başlanmış daşqınların qurbanlarının sayı 44 nəfərə qədər artıb.

Publika.az xəbər verir ki, bu haqda ölkənin fövqəladə vəziyyətləri üzrə idarənin başçının müavininə istinadən "Tasnim" agentliyi bildirib.

Daha əvvəl İran Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi 25 nəfərin öldüyünü açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31