Kremldə Trampa SƏRT CAVAB: ABŞ Rusiyaya...

ABŞ dünyanın bir çox guşələrində olur və onlara heç kim göstərmir ki, harada olmaq və ya harada olmamaq lazımdır.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın bəyanatını şərh edərkən bildirib.

"Rusiya da həmçinin, ikitərəfli münasibətləri qurmaq hüququna hörmət göstəriləcəyinə ümid edir", - Peskov jurnalistlərə deyib.

O qeyd edib ki, Moskva Venesuelanın daxili işlərinə qarışmır və üçüncü ölkələrin də bu nümunəni izləyəcəyini gözləyir.

Xatırladaq ki, Amerika lideri ötən gün verdiyi açıqlamasında Rusiyadan Venesuelanı tərk etməyi tələb edib.

"Rusiya getməlidir", - o, Latın Amerikası ölkəsində vəziyyəti şərh edərkən deyib.

Trampın sözlərinə görə, buna nail olmaq üçün Vaşinqton bütün variantlara baxır.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov ABŞ prezidentinin tələbini şərh edib.

"Rusiya Venesuelada praktik olaraq yoxdur, neft mədənlərinə cüzi cəlb olunub. Rusiya tərəfindən Venesuelanın daxili işlərinə heç bir müdaxilə yoxdur, halbuki amerikalılar orada sərbəst gəzirlər, hərçənd Venesuela onların koloniyası deyil"¸- Cabarov söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31