İsraildən ŞOK QƏRAR: orduya müsəlmanlara hücum əmri verildi

İsrailin baş naziri Binyamin Netanyahu orduya Qəzza bölgəsində genişmiqyaslı əməliyyat keçirməklə bağlı təlimat verib.

 Netanyahu Qəzza sərhədində əlavə qüvvələrin toplanması ilə bağlı da tapşırıq verib.

Fələstinlilərin "Torpaq günü"nün 43-cü ildönümü münasibətilə şənbə günü Qəzza sərhədində nümayişlər keçirəcəyi gözlənilir.

Qeyd edək ki, İsrail 1976-cı ilin 30 mart tarixində fələstinlilərə aid əraziləri zəbt edib. Fələstin xalqı buna etiraz olaraq ümumilli etirazlara başlayıb. İsrail ordusunun atəş açması nəticəsində 6 fələstinli şəhid olub, yüzlərlə insan yaralanıb. Bu hadisədən sonra fələstinlilər 30 mart tarixini "Torpaq günü" elan ediblər.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31