Vyana danışıqları başladı: Erməni nümayəndə heyəti…
28 Mart 2019 18:12 DünyaErmənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Vyanada Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Feysbuk hesabında yazıb.
Qeyd edək ki, Ermənistan Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti 28 martda Avstriyaya yollanıb. Avstriyanın paytaxtı Vyana şəhərində Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü nəzərdə tutulub.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31