Gürcüstanda qeyri-adi aksiya

Gürcüstanın Kutaisi şəhər meriyasının binası qarşısında simvolik aksiya keçirilib.

Aksiyanı müxalif "Azad Gürcüstan" partiyası təşkil edib.

Aksiya iştirakçıları əllərində uşaq bezləri (pampers) və qarşokları tutaraq şəhərdə ictimai ayaqyollarının olmamasına diqqət çəkiblər.

Partiyanın liderlərindən olan QoqiTsulaya uşaqbezləri və qarşokları şəhər meriyasına bağışlamaq istəyib: "Şəhər meriyası bizimhədiyyələri şəhərə gələnturistlərə verə bilər. İctimaiayaqyolları açılanaqədərturistləruşaqbezlərivə qarşoklardanistifadə edə bilərlər".

Kutaisi şəhər meriyasının mühafizəçiləri aksiya iştirakçılarının binaya daxil olmasına icazə verməyib.

Meriyadan bildirilib ki, şəhərdə ictimai ayaqyolları ilə bağlı problemin aradan qaldırılması üçün bu auksion elan olunacaq. Müvafiq müqavilənin imzalanmasından sonra Kutaisidə 4 ictimai ayaqyolu icarəyə veriləcək.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31